суббота, 9 апреля 2016 г.

Rübabə Muradova - Axı mən neyləyərəm? (lyrics, sözlər)

Mən səni özümə həmdəm sanıram
Eşqinin odu ilə alovlanıram.
Mən səni özümə həmdəm sanıram
Eşqinin odu ilə alovlanıram.
Gecə də, gündüz də - səni anıram
Gecə də, gündüz də - səni anıram
Çıxmayır yadımdan qara gözlərin
Şirin söhbətlərin, şirin sözlərin

Sən mənim könlümdə xoş bir ümidsən(umudsan)
Sən mənim könlümdə xoş bir ümidsən
Axı mən neyləyərəm, axı mən neyləyərəm
Məni sən unutsan, məni sən unutsan
Unutsan

Nə üçündür bilmirəm, bu qorxu, təlaş
Atarmı yoldaşı vəfalı yoldaş?
Nə üçündür bilmirəm, bu qorxu, təlaş
Atarmı yoldaşı vəfalı yoldaş?

Biz ömür yollarında ağartsaq da baş
Biz ömür yollarında ağartsaq da baş
Yenə də birlikdə olacayıq biz, qoşa vuracaqdır ürəklərimiz
Yenə də birlikdə olacayıq biz, qoşa vuracaqdır ürəklərimiz

Sən mənim könlümdə xoş bir umidsən
Sən mənim könlümdə xoş bir umidsən
Axı mən neyləyərəm, axı mən neyləyərəm
Məni sən unutsan, məni sən unutsan
Unutsan
Neyləyərəm məni sən unutsan?