вторник, 30 июня 2020 г.

Səxavət Məmmədov – Qubanın ağ alması (sözlər, lyrics)

Qubanın ağ alması, a gülüm
Şirindir bağ alması
Qubanın ağ alması, a gülüm
Şirindir bağ alması

Yarım gələnə qalıb
Yaramın sağalması

Sevirəm səni mən yar
Sevirəm yar, səni mən yar, yar
Aman aman
Sevirəm yar, səni mən yar
Sevirəm yar, yar

Qubadan alma aldım, a gülüm
Yarıma yola saldım
Qubadan alma aldım, a gülüm
Yarıma yola saldım

Gözlədim yar gəlmədi
Heyva kimi saraldım

Sevirəm səni mən yar
Sevirəm yar, səni mən yar, yar
Aman aman
Sevirəm yar, səni mən yar
Sevirəm yar, yar
Sevirəm səni mən yar
Sevirəm yar, səni mən yar, yar
Aman aman
Sevirəm yar səni mən yar
Sevirəm yar, yar

суббота, 9 апреля 2016 г.

Rübabə Muradova - Axı mən neyləyərəm? (lyrics, sözlər)

Mən səni özümə həmdəm sanıram
Eşqinin odu ilə alovlanıram.
Mən səni özümə həmdəm sanıram
Eşqinin odu ilə alovlanıram.
Gecə də, gündüz də - səni anıram
Gecə də, gündüz də - səni anıram
Çıxmayır yadımdan qara gözlərin
Şirin söhbətlərin, şirin sözlərin

Sən mənim könlümdə xoş bir ümidsən(umudsan)
Sən mənim könlümdə xoş bir ümidsən
Axı mən neyləyərəm, axı mən neyləyərəm
Məni sən unutsan, məni sən unutsan
Unutsan

Nə üçündür bilmirəm, bu qorxu, təlaş
Atarmı yoldaşı vəfalı yoldaş?
Nə üçündür bilmirəm, bu qorxu, təlaş
Atarmı yoldaşı vəfalı yoldaş?

Biz ömür yollarında ağartsaq da baş
Biz ömür yollarında ağartsaq da baş
Yenə də birlikdə olacayıq biz, qoşa vuracaqdır ürəklərimiz
Yenə də birlikdə olacayıq biz, qoşa vuracaqdır ürəklərimiz

Sən mənim könlümdə xoş bir umidsən
Sən mənim könlümdə xoş bir umidsən
Axı mən neyləyərəm, axı mən neyləyərəm
Məni sən unutsan, məni sən unutsan
Unutsan
Neyləyərəm məni sən unutsan?

вторник, 22 сентября 2015 г.

Rəşid Behbudov - Ayrılıq (sözlər)

Fikrindən gecələr yata bilmirəm
Bu fikiri başımdan ata bilmirəm

Fikrindən gecələr yata bilmirəm
Bu fikiri başımdan ata bilmirəm

Neyləyim ki, sənə çata bilmirəm?

Ayrılıq, ayrılıq - aman ayrılıq,
Hər bir dərddən olar, yaman ayrılıq

Ayrılıq, ayrılıq - aman ayrılıq,
Hər bir dərddən olar, yaman ayrılıq

Uzundur hicrində qara gecələr
Bilmirən, mən gedim hara gecələr

Uzundur hicrində qara gecələr
Bilmirən mən gedim hara gecələr

Vurubdur qəlbimə yara gecələr

Vurubdur qəlbimə yara gecələr

Ayrılıq, ayrılıq - aman ayrılıq,
Hər bir dərddən olar, yaman ayrılıq

Ayrılıq, ayrılıq - aman ayrılıq,

Hər bir dərddən olar, yaman ayrılıq

суббота, 19 октября 2013 г.

Rəşid Behbudov - Sənə də qalmaz (sözlər)

Könlüm sənin əsirin, qəlbim sənindir...yar
Qəlbim sənindir...
İnsaf elə xoş sözlə, məni gəl dindir yar...
Məni gəl dindir...

Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Vallah ay qız, bu gözəllik sənə də qalmaz..
Yalqızam yalqız, yalqızam yalqız
Gəl məni möhnətə, oda, salan vəfasız

Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün, bu gözəllik sənə də qalmaz...

Dağlar başı dumandır, aman Allah yar
Yenə dumandır
Ayrılıqın ölümdən, mənə yamandır yar
Mənə yamandır

Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Vallah ay qız, bu gözəllik sənə də qalmaz..
Yalqızam yalqız, yalqızam yalqız
Gəl məni möhnətə, oda, salan vəfasız

Söylə nədir bu ədalar, bu işvə, bu naz?
Gedər bir gün, bu gözəllik sənə də qalmaz..

Sözləri: Rəsul Rza
Musiqi: Tofiq Quliyev

суббота, 25 августа 2012 г.

Рашид Бейбутов - "Лейла" (sözlər)

Спит мой город глубоким сном
В небе месяц плывёт
За меня под твоим окном
Соловей в саду поёт

Друг мой, эта песня для тебя
Нет прекраснее тебя
Нет желаннее тебя
Ты любовь моя Лейла

Старый каспий во мгле шумит
Ночь над морем темна
За волною, волна спешит
За меня поёт она

Друг мой, эта песня для тебя
Нет прекраснее тебя
Нет желаннее тебя
Ты любовь моя Лейла

Ой не пой за меня волна,
Ой не пой соловей.
Только встанет Лейла от сна
Песню сам спою я ей.

Друг мой, эта песня для тебя
Нет прекраснее тебя
Нет желаннее тебя
Ты любовь моя Лейла

Друг мой, эта песня для тебя
Нет прекраснее тебя
Нет желаннее тебя
Ты мечта моя Лейла

Musiqi: Rauf Haciyev
Sözlər: V. Dragunskiy

Pəncərəmə qondu çiçək (sözlər)

Pəncərəmə, qondu çiçək
O çıçək məndim
Dinləndi ağ ləpələr
Əsən külək, dinən külıək,
Coşan külək - məndim...

Pəncərəmə, qondu çiçək
O çıçək məndim
Dinləndi ağ ləpələr
Əsən külək, dinən külıək,
Coşan külək - məndim...

Ulduzların gözləri ilə
Gördüm səni gecə yarı
Dalğaların sözləri ilə
Dindi könül arzuları
Dindi könül arzuları

Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.

Ulduzların gözləri ilə
Gördüm səni gecə yarı
Dalğaların sözləri ilə
Dindi könül arzuları
Dindi könül arzuları

Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.

Musiqi: Tofiq Quliyev
Sözlər: Nəbi Xəzri

Oqtay Ağayev - Kimsən sən (sözlər)

Dənizdən, səmadan, küləkdən soruşdum

Dənizdən, səmadan, küləkdən
Gözlərdən, dillərdən, ürəkdən
Arzudan, ümiddən, diləkdən
Soruşdum, hamıdan, soruşdum:
- Kimsən sən? Kimsən sən?
Soruşdum: - Kimsən sən?

Qayanın quş qonmaz yerindən
Sünyanın açılmaz sirindən
Küçədən ötənin birindən
Soruşdum, bu axşam, soruşdum:
- Kimsən sən? Kimsən sən?
Soruşdim: - Kimsən sən?

Yerini tapmışam izindən,
Qəlbini görmüşəm gözündən,
Adını öyrəndim özündən,
Bəs niyə soruşdum hamıdan?!
- Kimsən sən? Kimsən sən?
Soruşdum: - Kimsən sən?
Dənizdən, səmadan, soruşdum:
Kimsən sən?...